TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Xoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetinin Qəyyumlar Şurasının sədri Katibliyi ziyarət edib

Xoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetinin Qəyyumlar Şurasının sədri Katibliyi ziyarət edib

Tarix
Baxış
3
25 sentyabr 2023-cü il tarixində Xoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetinin Qəyyumlar Şurasının sədri Prof. Dr. Muhittin Şimşək Baş katib Mehmet Süreyya Erə nəzakət ziyarəti edib. Universitetin fəaliyyətlərindən danışan cənab Şimşək Universitet və TÜRKPA arasında əməkdaşlığın uğurlu inkişafına əminliyini ifadə edib. Görüş zamanı cənab Şimşək Baş katibə 10 ilə yaxın müddət ərzində Universitet tərəfindən hazırlanmış və yaxın zamanda çapdan çıxmış “Türk ədəbiyyatı adlar lüğəti” ensiklopedik kitabını təqdim edib. Həmçinin o, Baş katibə 20 cildlik kitab dəstinin hazırlanmasına 1500 alimin cəlb olunduğu barədə məlumat verib. Cənab Şimşək lüğətin 1985-ci ilədək dünyaya gəlmiş türk dünyasının tanınmış xadimlərinin həyat və yaradıcılığını təsvir edən materialları əks etdirdiyini əlavə edib. Baş katib cənab Şimşəyə məmnunluq və minnətdarlığını bildirərək, Assambleya çərçivəsində həyata keçirilən işlər haqqında qısa məlumat verib.