TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media

Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyası

Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyası Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) dörd daimi komissiyasından biridir. Komissiyanın gündəliyi üzv dövlətlər arasında ətraf mühitin qorunması, təbii ehtiyatlardan istifadə və sağlamlığın qorunması sahəsində əməkdaşlıq məsələlərinə yönəlib.

2014-cü ildən TÜRKPA çərçivəsində ətraf mühit üzrə əməkdaşlığa başlayandan etibarən bu sahədə praktiki nəticələrin əldə edilməsi məqsədilə komissiyanın gündəliyindəki məsələlər ardıcıl xarakter daşımışdır. Sağlamlığın qorunması 2021-ci ildə TÜRKPA-nın Türküstanda keçirilən 10-cu plenar iclası çərçivəsində Assambleya Şurasının iclasında qəbul edilmiş qərarla komissiyanın səlahiyyət çərçivəsinə daxil edilən ən son sahə olub.

TÜRKPA-nın daimi komissiyalarının hər biri hər üzv dövlətdən iki parlament üzvü olmaqla səkkiz üzvdən ibarətdir. Daimi komissiyaların sədrləri və sədr müavinləri TÜRKPA-nın plenar iclaslarında üç il müddətinə seçilir.

Daimi komissiyalar öz əməkdaşlıq sahələri çərçivəsinə daxil olan məsələləri nəzərdən keçirir və plenar iclaslara təqdim olunan sənədləri hesabat məruzələri və tövsiyə qərarları şəklində hazırlayır. Eyni zamanda, komissiyalar üzv dövlətlərin milli qanunvericiliyinin uyğunlaşdırılması və yaxınlaşdırılması prosesini asanlaşdırmaq məqsədilə qarşılıqlı maraq doğuran məsələlər üzrə model qanun layihələrinin hazırlanması üzərində iş aparırlar.

Komissiyanın üzvləri

Əhliman Əmiraslanov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri

Əhliman Əmiraslanov

Tahir Akyürek
Türkiyə Böyük Millət Məclisinin deputatı
TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini

Tahir Akyürek

Həydər Əsədov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının üzvü

Həydər Əsədov

Duisenbay Turganov
Member of the Mazhilis of the Parliament of the Republic of Kazakhstan
ТҮРКПАның Қоршаған орта, табиғи ресурстар және денсаулық сақтау комиссиясының мүшесі

Duisenbay Turganov

Əli Bektayev
Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü
TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının üzvü

Əli Bektayev

Aysuluu Mamaşova
Qırğız Respublikası Joqorku Keneşinin deputatı
TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının üzvü

Aysuluu Mamaşova

Ulan Primov
Qırğız Respublikası Joqorku Keneşinin deputatı
TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının üzvü

Ulan Primov

Kadim Durmaz
Türkiyə Böyük Millət Məclisinin deputatı
TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının üzvü

Kadim Durmaz

Komissiyanın katibi

Aynurə Abutalıbova
Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi

Aynurə Abutalıbova