TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi 5-ci Antalya Diplomatiya Forumunun sonuncu günündə çıxış edib

TÜRKPA Baş katibi 5-ci Antalya Diplomatiya Forumunun sonuncu günündə çıxış edib

Tarix
Baxış
81

19 aprel 2026-cı il tarixində Antalya şəhərində, TÜRKPA Baş katibi cənab Ramil Həsən 5-ci Antalya Diplomatiya Forumunun sonuncu günündə, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə təşkil olunmuş Birinci Türkoloji Qurultayın 100 illiyin “Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına” mövzusunda panel müzakirələrində çıxış edib.

TÜRKPA Baş Katibi öz çıxışında 1926-cı ildə keçirilmiş tarixi Birinci Türkoloji Qurultaya toxunaraq, onun bu günə qədər davam edən böyük təsirini xüsusi olaraq vurğulayıb. O, əvvəlki nəsillər tərəfindən qoyulmuş strateji əməkdaşlıq və tərəfdaşlıq təməllərini, bu təməllərin türk dilinin və ortaq əlifbanın inkişafına təsirini, habelə Bakıda keçirilən Qurultayın bu günümüzə çatdırdığı birlik və bərabərlik mesajlarının əhəmiyyətini qeyd edib.

Bundan əlavə, cənab Ramil Həsən həmin inkişaf proseslərinin bu gün Türk Dövlətləri Təşkilatı (TDT) və Üzv Dövlətlərin Başçıları tərəfindən qəbul edilən tarixi qərarlara təsirini bildirib. O, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türkoloji Panelin uğurla təşkil edilməsini yüksək qiymətləndirərək, bunun sözügedən qərarlar çərçivəsindəki mühüm yerini və Türk Dünyasının keçdiyi yola verdiyi töhfəni vurğulayıb.

Baş Katib Türk dövlətləri liderlərinin güclü siyasi iradəsini xüsusi qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qəbələ Zirvəsində alınan qərarlar nəticəsində Birinci Türkoloji Qurultayın 100 illiyi bu gün yüksək səviyyədə qeyd olunur. Bakıda keçirilmiş və 131 iştirakçını bir araya gətirmiş həmin tarixi Qurultayın bu günümüzü formalaşdıran bir yol olduğunu və TÜRKPA, TDT və digər qardaş təşkilatların üzərində böyük məsuliyyət əks etdirdiyini diqqətə çatdırıb.

Cənab Ramil Həsən həmçinin əldə olunmuş əsas nailiyyətləri, o cümlədən 15 dekabr tarixinin Dünya Türk dili ailəsi günü elan edilməsini və Türk dövlət başçıları tərəfindən 34 hərfdən ibarət Ortaq türk əlifbasının qəbul olunmasını diqqətə çatdırıb. O, Türk dünyasının qardaşlığı, birliyi və bərabərliyinin möhkəmləndirilməsində dövlət başçılarının qəbul etdiyi strateji iqtisadi və siyasi qərarların vacibliyini qeyd edib.

TÜRKPA Baş katibi 1926-cı ildə əcdadlar tərəfindən başladılan tarixi yolun bu gün dövlət başçıları tərəfindən gələcək nəsillərin rifahı naminə uğurla davam etdirildiyini və bütün Türk dünyasının bu nailiyyətlərlə qürur duyduğunu xüsusi olaraq vurğulayıb.

Panel müzakirələrində, həmçinin qardaş Türk əməkdaşlıq qurumların rəhbərləri – TDT-nin Baş katibi cənab Kubanıçbek Omuralıyev, TÜRKSOY-un Baş katibi cənab Sultan Raev, Türk Akademiyasının Prezidenti cənab Şahin Mustafayev və Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova iştirak ediblər.

Tədbirdə Baş Katibi müavini Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova müşayiət ediblər.