TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media

İqtisadi əməkdaşlıq komissiyası

İqtisadi əməkdaşlıq komissiyası Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) dörd daimi komissiyasından biridir. Komissiyanın gündəliyinə üzv dövlətlər arasında iqtisadiyyat, ticarət, maliyyə, nəqliyyat, tranzit və s. sahələrdə əməkdaşlıq məsələləri daxildir.

Komissiya, ilkin olaraq "İqtisadi, ticarət və maliyyə məsələləri" komissiyası olaraq yaradılıb. 2014-cü ildə TÜRKPA-nın Bakıda keçirilən 5-ci plenar iclası çərçivəsində Assambleya Şurasının iclası zamanı üzv dövlətlər arasında iqtisadi əməkdaşlıqla bağlı bütün məsələlərin əhatə edilməsi məqsədilə komissiyanın adı "İqtisadi əməkdaşlıq komissiyası" olaraq dəyişdirilib.

TÜRKPA-nın daimi komissiyalarının hər biri hər üzv dövlətdən iki parlament üzvü olmaqla səkkiz üzvdən ibarətdir. Daimi komissiyaların sədrləri və sədr müavinləri TÜRKPA-nın plenar iclaslarında üç il müddətinə seçilir.

Daimi komissiyalar öz əməkdaşlıq sahələri çərçivəsinə daxil olan məsələləri nəzərdən keçirir və plenar iclaslara təqdim olunan sənədləri hesabat məruzələri və tövsiyə qərarları şəklində hazırlayır. Eyni zamanda, komissiyalar üzv dövlətlərin milli qanunvericiliyinin uyğunlaşdırılması və yaxınlaşdırılması prosesini asanlaşdırmaq məqsədilə qarşılıqlı maraq doğuran məsələlər üzrə model qanun layihələrinin hazırlanması üzərində iş aparırlar.

Komissiyanın üzvləri

Anas Bakkojayev
Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı
TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının sədri

Anas Bakkojayev

Çolpon Sultanbekova
Qırğız Respublikası Joqorku Keneşinin deputatı
TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının sədr müavini

Çolpon Sultanbekova

Ağalar Vəliyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının üzvü

Ağalar Vəliyev

Fazil Mustafa
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının üzvü

Fazil Mustafa

Nurlan Bekenov
Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü
TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının üzvü

Nurlan Bekenov

Dastanbek Djumabekov
Qırğız Respublikası Joqorku Keneşinin deputatı
TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının üzvü

Dastanbek Djumabekov

Mahmut Rıdvan Nazırlı
Türkiyə Böyük Millət Məclisinin deputatı
TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının üzvü

Mahmut Rıdvan Nazırlı

Cemal Enginyurt
Türkiyə Böyük Millət Məclisinin deputatı
TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının üzvü

Cemal Enginyurt

Komissiyanın katibi

Baurcan Datkayev
İqtisadi əməkdaşlıq komissiyasının katibi

Baurcan Datkayev