TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi KKTC Xarici İşlər Naziri ilə görüşüb

TÜRKPA Baş katibi KKTC Xarici İşlər Naziri ilə görüşüb

Tarix
Baxış
89

18 aprel 2026-cı il tarixində Antalya şəhərində, Beşinci Antalya Diplomatiya Forumu çərçivəsində TÜRKPA Baş katibi cənab Ramil Həsən Kuzey Kıbrıs Türk Cumhuriyeti (KKTC) Xarici İşlər naziri cənab Tahsin Ertuğruloğlu ilə görüşüb.

Görüş zamanı cənab Tahsin Ertuğruloğlu KKTC-yə göstərilən hərtərəfli dəstəyə görə cənab Ramil Həsənə səmimi minnətdarlığını bildirib.

Öz növbəsində, Baş katib TÜRKPA-nın son altı aylıq fəaliyyəti barədə ətraflı məlumat verib və həm Türk Dövlətləri Təşkilatında, həm də TÜRKPA-da müşahidəçi qismində iştirak edən KKTC-nin aktiv fəaliyyətinin bundan sonra da tam şəkildə dəstəklənəcəyinə ümidvar olduğunu ifadə edib.

Görüşdə Baş katibi müavini Məhəmməd Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova müşayiət ediblər.