TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
61
18 aprel 2026-cı il tarixində Antalya şəhərində, 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində, TÜRKPA Baş katibi cənab Ramil Həsən Kuzey Kıbrıs Türk Cumhuriyetinin (KKTC) Baş naziri cənab Ünal Üstel ilə görüşüb.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin TÜRKPA çərçivəsində KKTC ilə münasibətlərin inkişafını müzakirə ediblər. Danışıqlar əsnasında qardaş dövlətlər tərəfindən KKTC-nin tanınması istiqamətində göstərilən dəstək, ölkənin irəli sürdüyü təşəbbüslər və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.
Müzakirələr zamanı TÜRKPA-nın KKTC Məclisinə, eləcə də digər dövlət strukturlarına fəaliyyətlərində dəstək verməyə davam edəcəyi bir daha təsdiqlənib.
Görüşdə Baş katibi müavini Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova müşayiət ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026