TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Vyanada Assambleya Şurasının qeyri-rəsmi iclası keçirilib

Vyanada Assambleya Şurasının qeyri-rəsmi iclası keçirilib

Tarix
Baxış
3
2021-ci ilin 7 sentyabr tarixində Vyanada TÜRKPA-nın Fəaliyyətdə olan Sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin, Qırğız Respublikası Joqorku Keneşinin Sədri Talant Mamıtov, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, həmçinin Macarıstan Milli Assambleyasının Sədr müavini İştvan Yakabın iştirakı ilə Assambleya Şurasının qeyri-rəsmi iclası keçirilib. İclas Vyanada davam edən Parlament Sədrlərinin 5-ci Ümumdünya Konfransı çərçivəsində baş tutub. TÜRKPA üzv parlamentlərinin sədrləri 2021-ci ilin 27-28 sentyabr tarixlərində Qazaxıstanın Türkistan şəhərində keçiriləcək Assambleyanın 10-cu Plenar İclasına hazırlıqları müzakirə etmişdir.