TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKSOY-un Baş katibi TÜRKPA Beynəlxalq Katibliyinə nəzakət ziyarəti edib

TÜRKSOY-un Baş katibi TÜRKPA Beynəlxalq Katibliyinə nəzakət ziyarəti edib

Tarix
Baxış
3
2025-ci il noyabrın 4-də Baş katib səfir Ramil Həsən TÜRKPA Beynəlxalq Katibliyində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev ilə görüşüb. Ziyarət Baş katib cənab Həsənin vəzifəsinin icrasına başlaması münasibətilə baş tutub. Səmimi görüş zamanı Baş katib səfir Ramil Həsən türk əməkdaşlıq təşkilatlarının məsuliyyət çərçivəsinə daxil olan fəaliyyətlərin daha əlaqələndirilmiş şəkildə həyata keçirilməsi imkanlarını vurğulayıb. O, həmçinin görkəmli mədəniyyət daşıyıcısı Baş katib Sultan Raevi TÜRKPA Beynəlxalq Katibliyində qəbul etməkdən məmnunluğunu bildirib. Cənab Raev səfir Ramil Həsəni TÜRKPA-nın Baş katibi seçilməsi münasibətilə təbrik edib. O, əməkdaşlığın təməlini möhkəmləndirəcək mühüm layihələr həyəta keçirəcəkləri bir dövrə qədəm qoyduqlarını qeyd edib. Görüşdə türk əməkdaşlıq təşkilatlarının gündəliyindəki qarşıdan gələn birgə fəaliyyətlər müzakirə olunub. Bundan əlavə, iki təşkilatın birlikdə işləyəcəyi tədbirlərə dair fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin TÜRKPA Baş katibinin müavinləri Talqat Aduov, Sakı Sadıkov, Muhammet Alper Hayali və komissiya katibi Kadir Yaman iştirak ediblər.