TÜRKPA WUF13 ilə bağlı diplomatik brifinqdə iştirak edib
Tarix
Baxış
3
17 noyabr 2025-ci il tarixində Baş katibin müavini Talqat Aduov Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Azərbaycan Respublikası Hökuməti və BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən diplomatik brifinqdə iştirak edib.
Hibrid formatlı birifinq “Dünyada yaşayış: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusunda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq prosesinin tərkib hissəsi kimi təşkil edilib.
Tədbirdə Azərbaycanda akkreditə olunmuş 100-ə yaxın diplomat iştirak edib.
Brifinqdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, BMT-nin Məskunlaşma Proqramının Xarici əlaqələr, strategiya, bilik və innovasiyalar departamentinin direktoru Edlam Yemeru çıxış ediblər. Tədbirdə, həmçinin BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbaxın videomüraciəti də nümayiş etdirilib.
Tədbir forumun məqsədlərini, hazırlıq işlərini, planlaşdırılan tədbirləri, tematik müzakirələri, iştirak və əməkdaşlıq imkanlarını vurğulamaqla, WUF13 ilə bağlı hərtərəfli baxışın təqdim edilməsinə yönəlib.
Brifinq iştirakçılarına forumun yüksək səviyyədə təşkilinin təmin edilməsi üçün bütün əsas əməliyyat istiqamətləri üzrə davamlı və əlaqələndirilmiş hazırlıq işləri barədə məlumat verilib.
Brifinq zamanı BMT-nin Məskunlaşma Proqramının Xarici əlaqələr, strategiya, bilik və innovasiyalar departamentinin direktoru Edlam Yemeru WUF13-ün konsepsiyası və proqramı barədə ətraflı təqdimatla çıxış edib.
Tədbir sual-cavab hissəsi ilə davam edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026