TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələrinin sədrləri Azərbaycan parlamenti sədrinin birinci müavini ilə görüşüblər

TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələrinin sədrləri Azərbaycan parlamenti sədrinin birinci müavini ilə görüşüblər

Tarix
Baxış
3
22 yanvar 2025-ci il tarixində TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasının iştirakçıları Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov ilə görüşüblər. Milli Məclisdə qardaş ölkələrin nümayəndələrini salamlamaqdan məmnunluğunu bildirən sədrin birinci müavini Milli Məclisin rəhbərliyi və parlamentin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri” mövzusunda keçirilən TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası zamanı aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi uğurlara toxunaraq, ölkənin COVID-19 pandemiyasının təsirlərinin aradan qaldırılması üzrə təşəbbüslərini və qlobal iqlim problemlərinin həllində fəal rolunu qeyd edib. Ötən il Azərbaycanda keçirilmiş COP29-un uğurlu nəticələrinə toxunaraq, o, ölkənin iqlim dəyişmələrinin sağlamlığa təsirləri ilə mübarizəyə sadiqliyini vurğulayıb. Sədrin birinci müavini səhiyyə və iqlim dəyişmələri kimi aktual məsələlər üzrə parlament əməkdaşlığının əsas platforma kimi TÜRKPA çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. Tədbir iştirakçıları səmimi qonaqpərvərliyə görə Azərbaycan parlamentinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar TÜRKPA çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunaraq, onun türk dünyasında səhiyyənin inkişafına, xüsusilə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinin aradan qaldırılmasına mühüm töhfələrini qeyd ediblər. İclasda Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov, Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Məlahət İbrahimqızı və Heydər Əsədov, Qırğız Respublikası Joqorku Keneşinin Sosial siyasət komitəsinin sədri Vinera Raimbaçayeva, Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədri Vedat Bilgin, Özbəkistan Respublikası Ali Məclisi Senatının Elm, təhsil və səhiyyə məsələləri komitəsinin sədri Bahrom Abdullayev, Şimali Kipr Türk Respublikası Məclisinin İnzibati, ictimai və səhiyyə məsələləri komitəsinin sədr müavini Filiz Besim, Şimali Kipr Türk Respublikası Məclisinin İnzibati, ictimai və səhiyyə məsələləri komitəsinin üzvü Ahmet Savaşan, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, eləcə də TÜRKPA Katibliyinin digər nümayəndələri iştirak ediblər.