TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasının iştirakçıları TÜRKPA Katibliyini ziyarət ediblər
Tarix
Baxış
3
22 yanvar 2025-ci il tarixində TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasının iştirakçıları TÜRKPA Katibliyini ziyarət ediblər.
TÜRKPA üzv və müşahidəçi dövlətlərinin, eləcə də Özbəkistanın parlamentarilərindən ibarət nümayəndə heyətini Baş katib Mehmet Süreyya Er qarşılayıb.
Katiblikdə keçirilən görüşdə nümayəndə heyəti səmimi qəbula görə öz minnətdarlığını bildirib. İclasda Səhiyyə komitələri sədrlərinin ikinci iclasının yekunlarına və səhiyyə sahəsində əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
Ziyarət zamanı qonaqlar Katibliyin binası və iş şəraiti ilə də tanış olublar.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026