TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA üzv dövlətlərində yaşayış icazələrinin asanlaşdırılması haqqında Model Qanun layihəsinin hazırlanması tamamlanıb

TÜRKPA üzv dövlətlərində yaşayış icazələrinin asanlaşdırılması haqqında Model Qanun layihəsinin hazırlanması tamamlanıb

Tarix
Baxış
3
TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası çərçivəsində “TÜRKPA üzv dövlətlərində yaşayış icazələrinin asanlaşdırılması haqqında” Model Qanun layihəsinin hazırlanması üzrə Ekspert Qrupunun iclasları yekunlaşıb. Üzv dövlətlərin nümayəndələrindən ibarət Ekspert Qrupu 2025-ci ilin aprel ayında üç onlayn iclas keçirib. “TÜRKPA üzv dövlətlərində yaşayış icazələrinin asanlaşdırılması haqqında” Model Qanun layihəsi TÜRKPA-nın 2023-2028-ci illər üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq hazırlanıb. Türkiyə Böyük Millət Məclisi tərəfindən hazırlanmış ilkin sənəd Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin milli qanunvericilik sistemlərinin fundamental hüquqi bazasına əsaslanır. Bu Model Qanun beynəlxalq müqavilələr, konstitusiya prinsipləri və müxtəlif hüquqi tənzimləmələrlə təmin edilmiş şəxsi hüquqlar, miqrant hüquqları və yaşayış yeri ilə bağlı proseslər diqqətlə nəzərə alınmaqla hazırlanıb. Bu kontekstdə üzv dövlətlər arasında hərəkət və məskunlaşma azadlığı prinsipləri qiymətləndirilib. Yaşayış icazələrinin verilməsi və yenilənməsini asanlaşdırırılması ilə bağlı müddəalar tətbiq edilib. Üzv dövlətlərin və TÜRKPA Katibliyinin nümayəndələrinin daxil olduğu Ekspert Qrupunun iclaslarında iştirakçılar fikir mübadiləsi aparıb, Model Qanun layihəsini qiymətləndirib və təkliflər veriblər. Model Qanunun yekun layihəsi Komissiyanın 12-ci iclasına təqdim olunacaq. İclaslara Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman moderatorluq edib.