TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA “Ürəyimdəki Azərbaycan” adlı fotosərgidə iştirak edib

TÜRKPA “Ürəyimdəki Azərbaycan” adlı fotosərgidə iştirak edib

Tarix
Baxış
3
1 iyun 2023-cü il tarixində Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin təhsil və mədəniyyət attaşesi Tevfik Ulualın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ürəyimdəki Azərbaycan” adlı fotosərgisində iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, diplomatik korpus, təhsil müəssisələrinin nümayəndələri və bir çox sənətsevər iştirak etmişdir. Sərginin açılış mərasimində Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəsi, səfir Ufuk Turqaner, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cahit Bağcı və Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin təhsil və mədəniyyət attaşesi Tevfik Ulual çıxış etmişdir. Açılış mərasimi təşəkkür plaketlərinin təqdim edilməsi ilə davam etmişdir.