TÜRKPA “Ümumdünya Qaçqınlar Günü və Azərbaycanda qaçqın məsələsi” adlı tədbirdə iştirak edib
Tarix
Baxış
3
20 iyun 2023-cü il tarixində Baş katibin müavini Talqat Aduov Qərbi Azərbaycan İcması tərəfindən təşkil edilmiş Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Ümumdünya Qaçqınlar Günü və Azərbaycanda qaçqın məsələsi” adlı tədbirdə iştirak etmişdir.
Tədbirdə rəsmi şəxslər, parlamentarilər və diplomatik korpusun nümayəndələri iştirak etmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli açılış nitqi ilə çıxış etmişdir. O, İcmanın tarixi, fəaliyyəti və məqsədləri barədə danışaraq, İcmanın qaçqınların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək məqsədini daşıdığını vurğulamışdır. Sədr, həmçinin İcma tərəfindən xarici ölkələr, beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa İttifaqı və UNESCO-ya ünvanlanmış müraciətlərə dair məlumat vermiş və İcmanın Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə davamlı dialoqa önəm verdiyini qeyd etmişdir.
Tədbirin sonunda qaçqınlara həsr olunmuş “Üçüncü missiya” adlı sənədli film nümayiş etdirilmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026