TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TürkPA Türkiyədə keçirilən referendumu yüksək qiymətləndirir

TürkPA Türkiyədə keçirilən referendumu yüksək qiymətləndirir

Tarix
Baxış
3
“Türkiyə Respublikasında Konstitusiyaya əlavələrə dair baş tutan referendum Türkiyənin milli qanunvericiliyinə və beynəlxalq standartlara müvafiq olaraq həyata keçirilmişdir” - deyə TürkPA müşahidə heyətinin, Azərbaycan Milli Məclisinin üzvü cənab Əhliman Əmiraslanov 16 aprel 2017-ci il tarixində Türkiyə Respublikasının Konstitusiyasına dəyişiklərin nəticələri əsasında baş tutmuş mətbuat konfransında bildirmişdir. Qısa müddətli müşahidə ərzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament üzvlərindən ibarət müşahidəçilər Ankarada bir sıra səsvermə məntəqələrində olmuş, səsvermə və səslərin hesablanmasını izləmişdir. Əvvəlcə isə TürkPA nümayəndə heyəti Yüksək Seçim Kurulunun sədri cənab Sadi Güvən, AK Parti və əsas müxalifət Cümhuriyyət Xalq Partiyası rəsmiləri ilə görüşmüşdür.