TÜRKPA Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya komitəsinin 5-ci iclasında iştirak edib
Tarix
Baxış
3
12 mart 2025-ci il tarixində TÜRKPA Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərində keçirilən Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya komitəsinin 5-ci iclasında iştirak edib. TDT Baş katibi Kubanıçbek Omuraliyevin ev sahibliyində keçirilən iclasda TÜRKSOY Baş katibi Sultan Rayev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayimkulova iştirak ediblər. Bu il keçirilən iclasda TDT üzv dövlətlərinin xarici işlər nazirlərinin müavinləri Samir Şərifov (Azərbaycan), Alibek Bakayev (Qazaxıstan), Meder Abakirov (Qırğızıstan), Ayşe Berris Ekinci (Türkiyə), Babur Usmanov (Özbəkistan) və əlavə olaraq Macarıstanın Türkiyədəki səfiri Viktor Matis, Türkmənistanın Türkiyədəki səfiri Mekan İşanquliyev, Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyinin müşaviri Mustafa Lakadamyalı və Türk İnvestisiya Fondunun baş müşaviri Erhan Türbedar iştirak ediblər.
İclas TDT Baş katibi Kubanıçbek Omuraliyevin açılış nitqi ilə başlayıb, daha sonra Türk Əməkdaşlıq Təşkilatlarının nümayəndələrinin çıxışları ilə davam edib. Öz çıxışında Baş katib Mehmet Süreyya Er TÜRKPA-nın icra orqanları, fəaliyyət sahələri, təşəbbüslər və qarşıda duran fəaliyyət planları haqqında ümumi məlumat verib. O, həmçinin Türk Əməkdaşlıq Təşkilatlarının fəaliyyətlərini onların ortaq xüsusiyyətləri və bir-birini tamamlayan mahiyyətləri baxımından vurğulayıb, eyni zamanda iştirakçıların TÜRKPA ilə bağlı suallarını cavablandırıb.
İclas yüksək vəzifəli rəsmilər və diplomatik nümayəndələrin türk əməkdaşlığı istiqamətində fəaliyyətlərə dair təklif və fikir mübadiləsi ilə yekunlaşıb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026