TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya komitəsinin 4-cü iclasında iştirak edib

TÜRKPA Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya komitəsinin 4-cü iclasında iştirak edib

Tarix
Baxış
3
19 yanvar 2024-cü il tarixində TÜRKPA Baş katibi Mehmet Süreyya Erin başçılıq etdiyi nümayəndə heyəti Türk Əməkdaşlıq Təşkilatılarının Koordinasiya komitəsinin İstanbul şəhərində keçirilən 4-cü iclasında iştirak edib. İclasda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKSOY-un Baş katibi Sultan Raev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayimkulova, həmçinin Türk Əməkdaşlıq Təşkilatlarının digər nümayəndələri də iştirak ediblər. İclasda çıxış edən Mehmet Süreyya Er Türk Əməkdaşlıq Təşkilatlarının hər birinin öz fəaliyyəti istiqamətində çoxtərəfli əməkdaşlığın qarşıya qoyduğu vəzifələri yerinə yetirdiyini, türk dövlətləri arasında hərtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü və sistemli iş apardığını qeyd edib. Bu baxımdan türk əməkdaşlığının parlament ölçüsü və parlamentlərarası əməkdaşlıq platforması kimi TÜRKPA-nın öz əməkdaşlıq mexanizmləri və alətləri ilə parlamentlərin sıx qarşılıqlı fəaliyyətinə töhfə verdiyini ifadə edib. İştirakçılar müvafiq olaraq təşkilatların ötən dövr ərzində həyata keçirdiyi fəaliyyət barədə məlumat veriblər. Fəaliyyətlərin təkrarlanmasının qarşısının alınması məqsədilə daha yaxşı koordinasiya və sıx əməkdaşlığın vacibliyi vurğulanıb. İclas zamanı tərəflər ortaqfəaliyyət və 2024-cü il üçün birgə fəaliyyət planına dair müzakirələr aparıblar.