TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA “Türk Dünyasının Mədəniyyət Paytaxtı 2025” tədbirinin bağlanış mərasimində iştirak edib

TÜRKPA “Türk Dünyasının Mədəniyyət Paytaxtı 2025” tədbirinin bağlanış mərasimində iştirak edib

Tarix
Baxış
3
28 noyabr 2025-ci il tarixində TÜRKPA komissiyasının katibi Bauırjan Datkayevin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə əməkdaşlıq çərçivəsində təşkil edilən “Aktau – 2025-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı” tədbirinin rəsmi bağlanış mərasimində iştirak edib. Türk xalqlarının birliyinin gücləndirilməsi və türk dövlətləri arasında mədəni əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyan tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayevlə yanaşı, Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım, Özbəkistan Respublikası mədəniyyət naziri Ozodbek Nazarbekov, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamuradov, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, Qırğız Respublikası mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Askarali Madaminov, Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Manqistau vilayəti qubernatorunun müavini Tilegen Abişev və Macarıstanın Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ottó İvan Róna, eləcə də türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və nümayəndələri, tanınmış mədəniyyət xadimləri və beynəlxalq ekspertlər iştirak ediblər. Mərasimdən əvvəl TÜRKSOY üzv dövlətlərinin Mədəniyyət Nazirləri Daimi Şurasının 42-ci iclası keçirilib. İclasda Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvə Toplantısında TÜRKSOY-un inkişafına və gücləndirilməsinə dair qəbul edilmiş qərarların həyata keçirilməsi məqsədilə TÜRKSOY-un beynəlxalq mədəni diplomatiya təşkilatı kimi effektivliyinin, tanınılmasının və davamlılığının artırılmasına yönəlmiş qərarlar qəbul edilib. Daimi Şura həmçinin Özbəkistanın tarixi Əndican şəhərinin 2026-cı il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsini müsbət qarşılayıb. Bir il ərzində Aktauda musiqi, epik əsərlər, folklor və rəqs festivalları, simpoziumlar, elmi konfranslar, çoxsaylı müsabiqələr, uşaqlar və gənclər üçün forumlar kimi 30-dan çox böyük beynəlxalq tədbirlər keçirilib. Sözügedən tədbirdə dünyanın hər yerindən minlərlə sənətçi və tədqiqatçı iştirak edib. Bağlanış mərasimi çərçivəsində təşkil edilən bayram tədbirləri zamanı xoreoqrafik tamaşalar təqdim olunub və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan və Türkmənistandan olan təxminən 250 sənətçi iştirakçılara türk dünyasının zəngin mədəni irsini və müxtəlifliyini əks etdirən unudulmaz bir bədii səyahət təqdim edib. Mərasim Türk Dünyasının Mədəniyyət Paytaxtının Əndican şəhəri elan edilməsi, türk xalqlarının müsiqili ifalarının təqdim edilməsi, birlik və həmrəylik mövzusunda çıxışlar və çəkilmiş xatirə fotosu ilə yekunlaşıb. Tədbir qonaqların şərəfinə rəsmi şam yeməyi və qala-konsertlə başa çatıb. Tədbirdə Bauırjan Datkayevi TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşı Ələsgər Ağayev müşayiət edib.