TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA TDT-nin yaradılmasının 15-ci ildönümü ilə bağlı tədbirdə iştirak edib

TÜRKPA TDT-nin yaradılmasının 15-ci ildönümü ilə bağlı tədbirdə iştirak edib

Tarix
Baxış
3
Baş katib Mehmet Süreyya Er 2024-cü il oktyabrın 3-də Türkiyənin Ankara şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü və Türk Dövlətləri Əməkdaşlıq Gününə həsr edilən tədbirdə iştirak edib. Tədbirdə türk əməkdaşlığının nailiyyətləri və bu əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş gələcək təşəbbüslərə dair fikir mübadiləsi aparılması məqsədilə yüksək səviyyəli rəsmiləri, vəzifəli şəxsləri və maraqlı tərəfləri bir araya gətirən “Türk əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri” mövzusunda panel müzakirə baş tutub. Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Sayit Yusuf, Türk Ticarət və Sənaye Palatasının Baş katibi Adem Kula tədbirdə panelistlər qismində çıxış ediblər. Baş katib Mehmet Süreyya Er çıxışı zamanı türk əməkdaşlığının əcdadların mirası və qardaş dövlətlərin ortaq soy-kök, tarix, mədəniyyət, dil, ənənələr və dəyərlərə söykənən səmimi əməkdaşlıq modeli olduğunu vurğulayıb. O, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi, türk birlik və həmrəyliyinin gücləndirilməsinin keçmiş və gələcək nəsillər qarşısında müqəddəs vəzifəmiz olduğunu qeyd edib. Türk institusional əməkdaşlığından bəhs edən Baş katib bu əməkdaşlığın uğurlu inkişafı üçün bütün ölçülərdə fəaliyyətlərin əhəmiyyətli olduğunu bildirib və bu çərçivədə, türk əməkdaşlıq təşkilatlarının hər birinin özünəməxsus rolunu vurğulayıb. Baş katib Mehmet Süreyya Er türk əməkdaşlığının hazırkı vəziyyəti, təcrübəsi və potensialının ortaq gələcəyə əminliklə baxmağa imkan verdiyini bildirib. “Siyasi iradə və həmrəylik, hərtərəfli əməkdaşlıq, tarixin dərinliklərinə söykənən ümumiliklərimiz parlaq və aydın gələcək üçün etibarlı zəmini yaradır. Birliyimizdən güc alaraq bizi birləşdirən bağları daha da möhkəmləndirəcək, parlaq gələcəyi birlikdə quracağıq”, - deyə o əlavə edib. Daha sonra dinləyicilərə panelistlərlə birbaşa ünsiyyət qurmaq və suallarını ünvanlamaq üçün mühüm fürsət təqdim edən sual-cavab sessiyası baş tutub. Panel müzakirədən sonra yüksək vəzifəli rəsmilərin iştirak etdiyi qəbul keçirilib.