TÜRKPA “Suveren Azərbaycan - Biznesdə yeni cığır” mövzusunda konfransda iştirak edib
Tarix
Baxış
3
24 dekabr 2025-ci il tarixində TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) Bakı şəhərində təşkil etdiyi “Suveren Azərbaycan - Biznesdə yeni cığır” adlı konfransda iştirak edib.
Tədbirdə ATİB sədri Mürsəl Rüstəmov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, eləcə də digər aidiyyəti qurumların rəsmiləri iştirak ediblər.
Öz çıxışında ATİB sədri Mürsəl Rüstəmov təşkilat üzvlərinin işğaldan azad edilmiş ərazilər də daxil olmaqla tikinti, infrastruktur və sosial layihələrdə fəal iştirak etdiyini, bu fəaliyyətlərin iqtisadi inkişafa və Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının möhkəmləndirilməsinə töhfə verdiyini bildirib.
Tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərdə dövlət tərəfindən dəstəklənən infrastrukturun inkişafı istiqamətində davam edən yenidənqurma işlərin biznes üçün əlverişli mühit yaratdığını, ortaq təşəbbüslər və investisiyaları, o cümlədən türk şirkətlərinin fəal iştirakını təşviq etdiyini, eyni zamanda davamlı iqtisadi artımı və strateji dövrdə Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığını gücləndirdiyini qeyd ediblər.
Konfrans digər çıxışlarla davam edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026