TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Sülh və Azadlıq Günü münasibətilə Şimali Kipr Türk Cümhuriyyətində keçirilən tədbirlərdə iştirak edib

TÜRKPA Sülh və Azadlıq Günü münasibətilə Şimali Kipr Türk Cümhuriyyətində keçirilən tədbirlərdə iştirak edib

Tarix
Baxış
3
19–21 iyul 2025-ci il tarixlərində TÜRKPA Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Kipr Sülh Hərəkatının 51-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) səfərdə olub. 20 iyul tarixində nümayəndə heyəti ŞKTC-də yerləşən Prezident Kompleksinin ərazisində keçirilən Yeni Lefkoşa Dövlət Xəstəxanasının təməlqoyma mərasimi və Şimali Lefkoşa Dairəvi Yolunun üst keçid və birləşdirici yollar layihəsinin açılış mərasimində iştirak edib. Tədbirin açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar çıxış edərək iştirakçıları salamlayıblar. Prezident Rəcəb Tayyib Ərdoğan öz çıxışında vurğulayıb ki, Türkiyə hər zaman Şimali Kipr Türk Cümhuriyyətinin yanında olacaq. O bildirib ki, Türkiyə hökuməti bütün sahələrdə güclü, özünəinamlı və rifahlı bir ŞKTC-nin inkişafı üçün zəruri olan hər şeyi edir. Prezident Ersin Tatar isə çıxışında layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib, xüsusilə Prezident Ərdoğana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, türk kiprlilər bu yolda heç vaxt tək olmayıb və Türkiyə Respublikası daim onların yanında olub. Tədbir Türkiyə və ŞKTC bayraqlarının qaldırılması, dövlət himnlərinin səsləndirilməsi və bir dəqiqəlik sükutla başa çatıb. Tədbirdə Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan Respublikasından yüksək vəzifəli şəxslər iştirak ediblər. Onların arasında Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan, Milli Müdafiə Naziri Yaşar Gülər, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bekir Bozdağ, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatları Musa Quliyev, Cavanşir Feyziyev, Anar Məmmədov və Azər Allahverənov yer alıblar. Nümayəndə heyəti həmçinin Sülh və Azadlıq Gününün 51-ci ildönümü münasibətilə ŞKTC Prezidenti Ersin Tatar və Respublikalar Məclisinin Sədri Dr. Ziya Öztürklerin təşkil etdiyi qəbul mərasimlərinə qatılıb. Səfər çərçivəsində TÜRKPA nümayəndə heyəti ŞKTC Prezidenti Ersin Tatar, Respublika Məclisinin Sədri Ziya Öztürkler, Baş nazir Ünal Üstel və Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu tərəfindən qəbul olunub. TÜRKPA Baş katibi Mehmet Süreyya Eri səfərdə TÜRKPA Katibliyinin əməkdaşları Furkan Bilal Akyüz və Emin Salmanov müşayiət ediblər.