TÜRKPA ŞKTC-nin yaradılmasının 41-ci ildönümünün qeyd olunmasında iştirak edib
Tarix
Baxış
3
Baş katib Mehmet Süreyya Erin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti 15 noyabr 2024-cü ildə keçirilmiş Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 41-ci ildönümünə həsr edilmiş tədbirlərdə iştirak edib.
Qeyd olunma tədbirlərindən əvvəl – 14 noyabrda ŞKTC-nin Prezidenti Ersin Tatar və ŞKTC Məclisinin sədri Ziya Öztürkler TÜRKPA nümayəndə heyətini qəbul edib. Həmçinin eyni gündə TÜRKPA nümayəndə heyəti Girne Hərbi Hospitalının açılış mərasimində iştirak edib.
Noyabrın 15-də ŞKTC-nin yaradılmasının 41-ci ildönümünün qeyd olunması proqramı Prezident Ersin Tatar tərəfindən təbriklərin qəbulu mərasimi ilə başlayıb. Daha sonra proqram Lefkoşa şəhərində Mustafa Kamal Atatürk abidəsi önünə çələng qoyulması ilə davam edib.
Qeyd olunma tədbirlərində Prezident Ersin Tatar, Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz, ŞKTC Məclisinin sədri Ziya Öztürkler, ŞKTC-nin Baş naziri Ünal Üstel, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Celal Adan, Azərbaycan və Türkiyədən olan deputatlar, nazirlər, ŞKTC və Türkiyənin siyasi partiyalarının nümayəndələri, digər yüksək dərəcəli hərbi və dövlət rəsmiləri, vətəndaşlar iştirak ediblər.
Qeyd olunma tədbirlərinin əsas hissəsi Fazıl Küçük bulvarında keçirilib. Prezident Ersin Tatar və Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz qeyd olunma mərasiminin açılışında çıxış ediblər. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTC-nin yaradılmasının 41-ci ildönümü münasibətilə təbrik mesajı göndərib.
Xalq rəqsi nümayişi və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin konsertindən sonra mərasim rəsmi paradla başa çatmışdır.
Həmçinin tədbirin proqramına ŞKTC Prezidenti Ersin Tatar və ŞKTC Məclisinin sədri Ziya Öztürkler adından qəbullar daxil edilmişdir.
ŞKTC-yə səfər zamanı TÜRKPA Katibliyinin heyət üzvləri Azər Məmmədov və Ələsgər Ağayev Baş katib Mehmet Süreyya Eri müşayiət ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026