TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Şimali Kipr Türk Respublikasının 40-cı ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edib

TÜRKPA Şimali Kipr Türk Respublikasının 40-cı ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edib

Tarix
Baxış
3
15 noyabr 2023-cü il tarixində TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Respublikasının (ŞKTR) 40-cı ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edib. Tədbirlər Lefkoşada Mustafa Kamal Atatürkün abidəsi önünə əklil qoyma mərasimi ilə başlayıb. Mərasimdən sonra Fazıl Küçük Bulvarında rəsmi parad keçirilib. Paradda ŞKTR-in Prezidenti Ersin Tatar, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, ŞKTR Məclisinin sədri Zorlu Töre, ŞKTR-in Baş naziri Ünal Üstel, ŞKTR-in xarici işlər naziri Tahsin Ertuğruloğlu, Türkiyə Cümhuriyyəti Baş Qərargah rəisi, general Metin Gürak, Azərbaycan və Türkiyə parlamentlərinin üzvləri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən Prezident Ersin Tatar türk millətinin ayrılmaz bir parçası olan Kipr türklərinin ŞKTR-in müstəqilliyinin, azadlığının və hürriyyətinin təcəssümü olan sönməz məşəl kimi Şərqi Aralıq dənizində əbədi olaraq qalacağını bildirib. Proqram çərçivəsində qonaqlar Kipr türklərinin tarix, mədəniyyət və milli mübarizə muzeyinin açılış mərasimində də iştirak ediblər. İştirakçılara Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” akrobatika komandasının nümayişi təqdim edilib. Tədbirlər ŞKTR-in Prezidenti Ersin Tatarın adından təşkil edilən rəsmi qəbul ilə yekunlaşıb.