TÜRKPA Seçki Müşahidə Missiyası Azərbaycanın MSK sədri ilə görüşüb
Tarix
Baxış
3
6 fevral 2024-cü il tarixində Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin üzvlərindən, həmçinin TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası Azərbaycanda öz işinə başlayıb. Müşahidə proqramı çərçivəsində TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mestenin rəhbərlik etdiyi Missiya Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Görüşdə MSK sədri seçkilərin ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə keçiriləcəyini və bu ərazilərdə yaradılmış 26 seçki məntəqəsində vətəndaşların səs verəcəklərini diqqətə çatdırıb. Cənab Pənahov növbədənkənar prezident seçkilərinin xüsusiyyətləri, o cümlədən seçici və namizədlərin qeydiyyatı, seçicilər və müşahidəçilər üçün yaradılan şərait barədə məlumat verib. Bu kontekstdə o, seçkilərin müşahidəsini həyata keçirmək üçün 90 mindən çox müşahidəçinin akkreditasiyadan keçdiyini bildirib.
TÜRKPA müşahidəçiləri seçkilərin ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Missiya səsvermə günü işğaldan azad edilmiş ərazilərdə də seçkilərin gedişatını müşahidə edəcəklərini qeyd edib.
Missiya qarşıdan gələn seçkilərin keçirilməsində müvəffəqiyyətlər arzulayıb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026