TÜRKPA Seçki Müşahidə Missiyası Azərbaycan parlamentinin sədri ilə görüşüb
Tarix
Baxış
3
TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mestenin rəhbərlik etdiyi TÜRKPA Seçki Müşahidə Missiyası Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
Parlament sədri növbədənkənar prezident seçkilərini Azərbaycan xalqı üçün tarixi hadisə kimi qeyd edib. O, seçkilərin ilk dəfə olaraq Azərbaycanın bütöv suveren ərazilərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə keçirildiyini və bu səbəbdən də seçkilərin “Qələbə seçkiləri” adlandırıla biləcəyini vurğulayıb. O, həmçinin vətəndaşların öz iradələrini ifadə etmələri üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
Missiya rəhbəri müşahidə proqramı, o cümlədən işğaldan azad edilmiş ərazilərdə - Şuşa və Xankəndi şəhərlərində həyata keçirilmiş seçki müşahidəsi barədə məlumat verib. Müşahidəçilər növbədənkənar prezident seçkilərinin ölkənin gələcək inkişafı üçün əhəmiyyətini vurğulayıblar.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026