TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə iştirak edib

TÜRKPA Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə iştirak edib

Tarix
Baxış
2
25 oktyabr 2019-cu ildə, Baş katib Altınbek Mamayusupovun başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşündə iştirak etmişdir. Zirvə Görüşü 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirmişdir. Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun açılış nitqindən sonra sədrlik Azərbaycana təhvil verilmişdir. Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxış etmişdir. Tədbir çərçivəsində Baş katib Qazaxıstan və Qırğızıstan nümayəndə heyətləri başçıları ilə görüşmüşdür. Zirvə Görüşü işinə ümumi debatlarla davam etmişdir.