TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Qırğızıstan XİN Diplomatik Akademiyası ilə əməkdaşlıq memorandumu imzalayıb

TÜRKPA Qırğızıstan XİN Diplomatik Akademiyası ilə əməkdaşlıq memorandumu imzalayıb

Tarix
Baxış
3
27 yanvar 2021-ci ildə TÜRKPA Baş katibi Altınbek Mamayusupov və Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyinin K.Dikambayev adına Diplomatik Akademiyasının rektoru Çinara Adamkulova Bişkekdə iki qurum arasında əməkdaşlıq memorandumu imzalamışdır. Görüş zamanı Rektor Memorandumun üzv ölkələrin universitetləri ilə ikitərəfli əsasda əlaqələrin yaradılmasına töhfə verəcəyinə ümidini ifadə edib. Baş katib belə fəaliyyətlərin önəmini vurğulayaraq gələcək məhsuldar əməkdaşlıq üçün hazır olduğunu qeyd etmişdir. Həmçinin tərəflər qarşılıqlı maraq kəsb edən sahələrdə mümkün birgə tədbirlərin təşkilini müzakirə etmişdir.