TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Qırğız Respublikasının Milli Kitabxanasını ziyarət edib

TÜRKPA Qırğız Respublikasının Milli Kitabxanasını ziyarət edib

Tarix
Baxış
3
12 yanvar 2022-ci il tarixində baş katib M. Süreyya Erin başçılığı ilə TÜRKPA nümayəndə heyəti Qırğızıstana rəsmi səfəri çərçivəsində Alikul Osmonov adına Qırğız Respublikası Milli Kitabxanasının direktor müavini Gulnara Baytakova ilə görüşmüşdür. TÜRKPA nümayəndə heyəti Kitabxananın fəaliyyəti haqqında məlumatlandırılmış və yerləşdiyi bina ilə tanış olmuş, eləcə də Qırğız-Qazax Mədəniyyət Mərkəzi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə fəaliyyət göstərən Çingiz Aytmatov adına Qırğız-Türk Mədəniyyət Mərkəzi ilə tanış olmuşdur. Baş katib, öz növbəsində, qardaş türk ölkələri arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verən Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatov adına Mərkəzin açılışını yüksək qiymətləndirmişdir. O, həmçinin türk əməkdaşlığının parlament ölçüsü olaraq, TÜRKPA-nın əlaqədar sahələrdə Kitabxananın fəaliyyətinə dəstək verməyə hazır olduğunu ifadə etmişdir.