TÜRKPA QDİƏTPA-nın 66-cı plenar sessiyasında iştirak edib
Tarix
Baxış
3
24-25 noyabr 2025-ci il tarixlərində TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayalinin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikası Milli Assambleyasının ev sahibliyində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) 66-cı plenar sessiyasında müşahidəçi qismində iştirak edib.
Plenar sessiya QDİƏTPA üzv ölkələrinin parlament nümayəndə heyətlərini, eləcə də müşahidəçi və qonaq qismində nümayəndə heyətlərini bir araya gətirib.
Açılış mərasimində QDİƏTPA-nın hazırkı sədrliyi adından Bolqarıstan Respublikası Milli Assambleyasının sədr müavini Draqomir Stoynev, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, QDİƏT-in hazırkı sədri, Bolqarıstan Respublikasının xarici işlər naziri Georq Georgiyev, həmçinin QDİƏTPA-nın Baş katibi Asəf Hacıyev çıxış ediblər.
Plenar sessiyada Baş katibin müavini Muhammet Alper Hayali öz çıxışında TÜRKPA-nın fəaliyyəti və təşkilatlar arasında əməkdaşlığı barədə məlumat verib.
Gündəliyə QDİƏTPA komitələrinin hesabat məruzələrinin və tövsiyə qərarlarının qəbulu, o cümlədən QDİƏT, onun aidiyyəti qurumları və sektoral dialoq üzrə tərəfdaşlarının fəaliyyətləri barədə məlumatların təqdim edilməsi məsələləri daxil edilib.
QDİƏTPA-nın plenar sessiyasında Qəzzada vəziyyət və humanitar yardıma dəstək haqqında Birgə Bəyanat da qəbul edilib.
QDİƏTPA-da sədrlik Bolqarıstan Respublikası Milli Assambleyasından Gürcüstan Parlamentinə təhvil verilib.
Plenar sessiyanın növbəti iclasının 2026-cı ilin iyun ayında Tbilisi şəhərində keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Baş katibin müavini Muhammet Alper Hayalini TÜRKPA Komissiyasının katibi Bauırjan Datkayev müşayiət edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026