TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA QDİƏTPA-nın 65-ci plenar iclasında iştirak edib

TÜRKPA QDİƏTPA-nın 65-ci plenar iclasında iştirak edib

Tarix
Baxış
3
18 iyun 2025-ci il tarixində baş katib Mehmet Süreyya Er Bakı şəhərində Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) 65-ci plenar iclasında müşahidəçi qismində iştirak edib. Plenar iclas QDİƏTPA-nın üzv parlamentlərinin nümayəndə heyətlərini, eləcə də müşahidəçi və qonaq qismində nümayəndə heyətlərini bir araya gətirib. Açılış mərasimində QDİƏTPA-nın Sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova, Bolqarıstan Respublikası Milli Assambleyasının Sədri Nataliya Kiselova, Şimali Makedoniya Respublikası Assambleyasının Sədri Afrim Qaşi və QDİƏTPa-nın baş katibi Asəf Hacıyev çıxış ediblər. İclas zamanı, həmçinin baş katib Mehmet Süreyya Er TÜRKPA-nın fəaliyyətinə və təşkilatlar arasında əməkdaşlığına dair nitq söyləyib. İclasın gündəliyinə QDİƏTPA komitələrinin hesabat məruzələrinin və tövsiyə qərarlarının qəbulu, o cümlədən QDİƏT, onun aidiyyəti qurumlarının və sektoral dialoq üzrə tərəfdaşlarının fəaliyyətinə dair məlumat daxil edilib. QDİƏTPA-da sədrlik Azərbaycan Respublikasının Milli Məclisindən Bolqarıstan Respublikasının Milli Assambleyasına təhvil verilib. Bolqarıstan Respublikası Milli Assambleyasının Sədri Nataliya Kiselova Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovaya QDİƏTPA-dakı uğurlu sədrliyinə görə təşəkkürünü bildirib və QDİƏTPA-nın fəaliyyətinə verdiyi töhfəyə görə onu QDİƏTPA-nın Şərəf medalı ilə təltif edib. Baş katib Mehmet Süreyya Eri Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbova müşayiət edib.