TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA QDİƏT PA-nın 58-ci Baş Assambleyasında iştirak edib

TÜRKPA QDİƏT PA-nın 58-ci Baş Assambleyasında iştirak edib

Tarix
Baxış
3
22 noyabr 2021-ci il tarixində TÜRKPA Baş katibinin müavini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) virtual formatda keçirilən 58-ci Baş Assambleyasında iştirak edib. Tədbir QDİƏT PA üzv ölkələrinin parlament nümayəndələri, müşahidəçi təşkilatlar və qonaq qurumları bir araya gətirmişdir. Plenar iclasın açılışını QDİƏT PA-nın Prezidenti xanım Kristina-Madalina Pruna etmişdir. Gündəliyin bəndlərinə sədrliyin rotasiyası, QDİƏT PA komitələrinin hesabatları və tövsiyələri, eləcə də QDİƏT və onun aidiyyəti qurumları və sektoral dialoq üzrə tərəfdaşlarının fəaliyyəti haqqında məlumat daxil olmuşdur.