TÜRKPA Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak edib
Tarix
Baxış
3
26-27 iyun 2024-cü il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin üzvü Məlahət İbrahimqızı, Türkiyə Böyük Millət Məclisinin üzvü Zeynep Yıldız və TÜRKPA Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbovadan ibarət TÜRKPA nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsi (TMİ) və Dohada BMT-nin Terrorizmin Qarşısının Alınması və Mübarizə üzrə Parlament İştirakı Proqramı Ofisinin Şura Məclisi ilə birgə Qətər Dövlətinin Doha şəhərində təşkil etdiyi Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak edib. Konfrans “Terrorizmə qarşı mübarizə və zorakı ekstremizmə dair qanunvericilik, siyasət və strategiyaların hazırlanması, həyata keçirilməsi və nəzarətində qadın parlamentarilərin rolu” mövzusunda keçirilib.
İki gün davam edən tədbir qadın parlamentarilərini – TMİ-n üzv dövlətlərinin milli parlamentlərinin üzvləri və sabiq üzvlərini, parlamentlərin təhlükəsizlik və müdafiə komitələrinin üzvlərini, parlament assambleyalarının nümayəndələrini, Parlament Assambleyalarının Terrorla Mübarizə üzrə Əlaqələndirmə Mexanizminin üzvlərini, BMT agentlikləri – BMT-nin Qadınlar Təşkilatının, BMT-nin İnkişaf Proqramının, Terrorla Mübarizə Komitəsinin İcraçı Direktorluğunun, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisinin, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrini və beynəlxalq tədqiqat və akademik institutlarının aparıcı ekspertlərini bir araya gətirib.
Açılış sessiyasında Şura Məclisinin sədri Həsən bin Abdullah Əl Qanim, Şura Məclisinin sədr müavini Dr. Hamda bin Həsən Əl Sulaiti və konfransda iştirak edən milli parlamentlərin, parlament birliklərinin, müvafiq regional və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Konfrans terrorizmlə mübarizə və terrorizmə şərait yaradan zorakı ekstremizmin qarşısının alınması və mübarizə ilə bağlı milli qanunların və siyasətlərin işlənib hazırlanmasının bütün mərhələlərində qadın parlamentarilərin bərabər və effektiv şəkildə iştirakının təşviqinə, terrorizmlə mübarizə və zorakı ekstremizmin qarşısının alınması və mübarizə sahəsində qanunvericiliyin, siyasətlərin və strategiyaların işlənib hazırlanması, həyata keçirilməsi və nəzarətində parlamentarilərin rolunun gücləndirilməsinə, o cümlədən terrorizmlə mübarizə və zorakı ekstremizmin qarşısının alınması və mübarizə üzrə qadın parlamentarilər şəbəkəsinin yaradılmasının təşviqinə yönəlib.
Konfransın əsas məqsədi siyasət və qanunvericiliyin işlənib hazırlanmasında və həyata keçirilməsində qadın parlamentarilərin iştirakının artırılması, müxtəlif ölkələrin qadın parlamentariləri arasında qabaqcıl təcrübə mübadiləsinin aparılması, terrorizmlə mübarizədə qadınların rolunun əhəmiyyəti ilə bağlı maarifləndirmə və təhsilin təşviqindən ibarət olub.
TÜRKPA nümayəndə heyətinin üzvləri Məlahət İbrahimqızı və Zeynep Yıldız “Çağırışlar, boşluqlar və zəruri tədbirlər” və “Koordinasiya və tərəfdaşlıqlar” mövzularında keçirilən sessiyalarda terrorizm və zorakı ekstremizmlə mübarizə üzrə strategiyalarının işlənib hazırlanmasında qadınların roluna dair qabaqcıl təcrübələri əks etdirən çıxışlar ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026