TÜRKPA Qadın Parlamentarilər Qrupunun 4-cü iclası
Tarix
Baxış
3
TÜRKPA-nın 14-cü Plenar iclası çərçivəsində 11 iyun 2025-ci il tarixində Astanada “TÜRKPA üzv dövlətlərində qadınların təhsildə iştirakı: qabaqcıl təcrübələr və həll yolları” mövzusunda Qadın Parlamentarilər Qrupunun 4-cü iclası keçirilib.
İclasa Qrupun rəhbəri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam Cəfərova sədrlik edib. Tədbir üzv ölkələrin qadın parlamentarilərini bir araya gətirərək, sessiyanın əsas mövzusu üzrə dialoqu və mübadilələri gücləndirib.
Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Juldız Suleymenova, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Bibiqul Jeksenbay, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Çolpon Sultanbekova və Türkiyə Böyük Millət Məclisinin üzvü Zeynep Yıldız çıxış ediblər.
Türk dünyasında qadınların təhsildə iştirakının əsas əhəmiyyətinə toxunan iştirakçılar, qadınlar və qızlar üçün inklüziv və bərabər təhsilə çıxışın transformativ təsirini vurğulayıb. Onlar TÜRKPA üzv dövlətlərində milli strategiyalar, təqaüd proqramları və təhsildə bərabərsizliklərin azaldılmasına yönəlmiş institusional islahatlar vasitəsilə əldə edilmiş əhəmiyyətli irəliləyişlər haqqında danışıb. Təhsilin bütün səviyyələrində qızların məktəbə qəbulunu, məktəbdə saxlanmasını və akademik göstəricilərini artıran təşəbbüslər üzrə yaxşı təcrübələr paylaşılıb. Qadın parlamentarilər davamlı inkişafın təmin edilməsi üçün siyasət çərçivələrinin gücləndirilməsinin, müəllim hazırlığına sərmayə qoyulmasının və rəqəmsal öyrənmə imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüş zamanı TÜRKPA-nın qanunvericilik təcrübəsinin mübadiləsi və təhsildə qadın və kişi bərabərliyinin təşviqi üçün səylərin əlaqələndirilməsi üzrə mühüm parlamentlərarası platforma kimi rolu bir daha vurğulanıb.
Qrup müvafiq Hesabat məruzəsi və Tövsiyə qərarlarını qəbul edib və 5-ci iclasın TÜRKPA-nın 15-ci Plenar iclası çərçivəsində müvafiq olaraq müəyyən ediləcək mövzu üzrə Qırğız Respublikasında keçirilməsini qərara alıb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026