TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Pİ Assambleyasında iştirak edib

TÜRKPA Pİ Assambleyasında iştirak edib

Tarix
Baxış
2
TÜRKPA-nın fəaliyyətdə olan sədri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) Spikeri cənab Mustafa Şentop 13-17 oktyabr 2019-cu ildə Serbiyanın Belqrad şəhərində keçirilən 141-ci Parlamentlərarası İttifaq (Pİ) Assambleyasında iştirak edib. TÜRKPA üzv parlamentləri də daxil olmaqla, 1700-dən çox parlamentari, BMT və bütün dünyadan vətəndaş cəmiyyəti tərəfdaşları “Beynəlxalq hüququn möhkəmlənməsi: Parlamentlərin rolu və mexanizmlər, regional əməkdaşlığın töhfəsi” mövzusunda ümumi müzakirələrdə iştirak etmək məqsədilə Belqradda bir araya gəlmişdir. Eyni zamanda, Assambleya iştirakçıları 1889-cu ildə əsası qoyulmuş Pİ-nin 130, eləcə də Cenevrə Konvensiyasının 70 illiyini qeyd etmişdir. Həmçinin TÜRKPA-nın komissiya katibi Emin Həsənov 141-ci Pİ Assambleyasında iştirak etmişdir.