TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak edir

TÜRKPA Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak edir

Tarix
Baxış
3
Bu gün, 20 oktyabr 2025-ci il tarixində Baş katib səfir Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında və əlaqədar iclaslarda müşahidəçi qismində iştirak edir. Bununla əlaqədar olaraq, PAİ-nin bütün tənzimləyici orqanlarının, o cümlədən İdarəetmə şurasının, daimi komitələrin, parlamentarilərə dair insan hüquqları komitəsinin, Yaxın Şərq məsələləri üzrə komitənin, Qadın Parlamentarilər Forumunun və Gənc Parlamentarilər Forumunun iclasları keçirilir. TÜRKPA nümayəndə heyəti İdarəetmə şurasının sessiyasında iştirak edir və daha sonra “Böhranlar zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda Assambleyanın ümumi debatına qatılacaqdır. Assambleya PAİ-nin vitse-prezidenti xanım Qabriyela Moravska-Stanetska və PAİ-nin Baş katibi Martin Çunqonqun açılış nitqləri ilə öz işinə başlayıb. Tədbirdə TÜRKPA üzv parlamentinin sədri - Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, eləcə də Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və digər türk dövlətlərinin parlamentlərinin sədrləri iştirak edirlər. TÜRKPA nümayəndə heyəti bütün tədbirlərdə, o cümlədən müzakirə və debatlarda fəal iştirak edir. Baş katib səfir Ramil Həsən PAİ-nin Baş katibi Martin Çunqonq və digər beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcəkdir. Onun Assambleyada çıxışı da gözlənilir. Assambleya çərçivəsində Baş katib səfir Ramil Həsən Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb. Görüşdə o, TÜRKPA-nın fəaliyyəti haqqında qısa məlumat verib və Özbəkistanın TÜRKPA-ya tamhüquqlu üzvlüyünun perspektivlərinə dair Özbəkistan və TÜRKPA arasında müzakirələrin başlanmasının vacibliyini qeyd edib. Tənzilə Narbayeva Özbəkistanın bu məsələdə fəal iştirakını vurğulayıb və ölkənin tezliklə üzvlüklə bağlı prosedurlara başlamaq niyyətini ifadə edib. Əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə Özbəkistana rəsmi səfərin təşkili də razılaşdırılıb. Baş katibi onun müavini Talqat Aduov müşayiət edir. PAİ-nin 151-ci Assambleyası 23 oktyabr 2025-ci il tarixinədək davam edəcəkdir.