TÜRKPA Parlamentlərarası İttifaqın 145-ci Assambleyasında iştirak edib
Tarix
Baxış
3
11-15 oktyabr 2022-ci il tarixlərində Baş katib Mehmet Süreyya Er Ruanda Respublikası Parlamentinin ev sahibliyində Ruandanın Kiqali şəhərində keçirilən Parlamentlərarası İttifaqın 145-ci Assambleyası və əlaqədar iclaslarda iştirak etmişdir.
Dünya parlamentarilərinin ən böyük toplantısına TÜRKPA üzv parlamentlərinin nümayəndələri qatılmışdır.
Ümumi müzakirələr gender bərabərliyi və gender-həssas parlamentlər mövzuları ətrafında baş tutmuşdur.
Assambleya çərçivəsində İdarəetmə Şurası, daimi komitələr, parlamentarilərin insan hüquqları və Yaxın Şərq problemləri üzrə komitələri, qadın və gənc parlamentarilərin forumları keçirilmişdir.
Assambleya ümumi müzakirələrin mövzusuna dair yekun sənədin qəbulu ilə başa çatmışdır.
TÜRKPA 2010-cu ildən Parlamentlərarası İttifaqın fəaliyyətlərində müşahidəçi qismində iştirak edir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026