TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Parlament Assambleyalarının Terrorla Mübarizə üzrə 4-cü Koordinasiya İclası və 2-ci Siyasət Dialoqunda iştirak edib

TÜRKPA Parlament Assambleyalarının Terrorla Mübarizə üzrə 4-cü Koordinasiya İclası və 2-ci Siyasət Dialoqunda iştirak edib

Tarix
Baxış
3
4-5 oktyabr 2023-cü il tarixlərində Baş katibin müavini Fuad Ələkbərov və Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (ATƏT PA) ilə əməkdaşlıq çərçivəsində Qətər Dövlətinin Şura Məclisinin dəstəyi və Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsinin təşkilatçılığı ilə Vyanada keçirilən iclaslarda iştirak ediblər. Avstriya Milli Şurasının prezidenti Volfqanq Sobotka, Qətər Dövlətinin Şura Məclisinin üzvü Dr. Əli bin Fetais Almarri, ATƏT PA-nın vitse-prezidenti, Parlament assambleyalarının terrorla mübarizə və koordinasiya mexanizmi üzrə xüsusi komitəsinin sədri Reynhold Lopatka və BMT-nin Terrorla Mübarizə Mərkəzinin direktoru Mauro Miediko tədbirdə açılış nitqi ilə çıxış ediblər. Tədbirdə geniş coğrafi ərazini təmsil edən on altı parlament assambleyasının nümayəndələri iştirak ediblər. TÜRKPA nümayəndə heyəti parlament assambleyaları arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş terrorizmin qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlığa dair Terrorla Mübarizə üzrə 4-cü Koordinasiya İclası və zorakı ekstremizmin qarşısının alınması və onunla mübarizə üzrə 2-ci Parlament Siyasəti Dialoqu çərçivəsində keçirilən sessiyalarda iştirak edib. Müzakirələr terrorizm və zorakı ekstremizmlə mübarizə məsələlərini əhatə edib. TÜRKPA nümayəndə heyəti bu istiqamətdə Assambleya çərçivəsində görülən işlər barədə məlumat verib. Tədbir çərçivəsində TÜRKPA nümayəndə heyəti Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Terrorla mübarizə üzrə xüsusi komitənin sədr müavini, professor Kamil Aydın ilə görüşüb. Proqrama Avstriya Milli Şurasının binasına ziyarət də daxil edilib.