TÜRKPA nümayəndələri Türk Hava Yollarının Bakı Ofisini ziyarət edib
Tarix
Baxış
3
2 iyun 2023-cü il tarixində Baş katibin müavini Fuad Ələkbərov və Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman Türk Hava Yollarının (THY) Azərbaycandakı Ofisinin rəhbəri Hamid Eldeleklioğluna nəzakət ziyarəti edib.
Görüşdə THY Azərbaycan Ofisinin rəhbəri THY-nin bir flaqman kimi öz sahəsində mövcud mövqeyi barəsində məlumat verib. TÜRKPA nümayəndələri də öz növbəsində türk dövlətlərinin parlamentlərarası təşkilatı kimi TÜRKPA-nın fəaliyyəti haqqında məlumat verib.
Baş katibin müavini Fuad Ələkbərov 6 fevral 2023-cü ildə Kahramanmaraşda minlərlə insanın ölümünə və yaralanmasına, eləcə də güclü dağıntılara səbəb olan və 11 bölgəyə təsir göstərən dəhşətli zəlzələlərdən sonrakı ilk günlərdə TÜRKPA-nın təbii fəlakətdən zərər çəkmiş bölgələrə müxtəlif gücə malik elektrik generatorlarından ibarət yardımını çatdıran THY Azərbaycan nümayəndəliyinə minnətdarlığını bildirib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026