TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TURKPA nümayəndə heyəti Türk Akademiyasının 15 illik yubiley tədbirində iştirak edib

TURKPA nümayəndə heyəti Türk Akademiyasının 15 illik yubiley tədbirində iştirak edib

Tarix
Baxış
3
18 noyabr 2025-ci il tarixində TÜRKPA Baş katibinin müavini Sakı Sadıkov və komissiya katibi Kadir Yaman Ankara şəhərində keçirilən Beynəlxalq Türk Akademiyasının 15-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli tədbirdə iştirak ediblər. Yubiley mərasimi müxtəlif sahələri təmsil edən nüfuzlu şəxsləri bir araya gətirib. Qonaqlar arasında TDT Ağsaqqallar Şurasının üzvləri, Türkiyə hökumətinin nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və tanınmış alimlərlə yanaşı, TDT, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu və UNESCO üzrə Türkiyə Milli Komissiyasının yüksək səviyyəli nümayəndə heyətləri yer alıblar. Tədbirin rəsmi hissəsində Baş katibin müavini Sakı Sadıkov çıxış edib. O, öz nitqində son 15 ildə Beynəlxalq Türk Akademiyasının Türk dünyasında elm və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsində oynadığı mühüm rolu yüksək qiymətləndirib. Baş katibin müavini Akademiyanın öz missiyasını uğurla icra etdiyini vurğulayıb. Bu isə onlarla genişmiqyaslı elmi layihələr, yüzlərlə elmi nəşr və beynəlxalq konfranslarda öz əksini tapmaqla Türk tarixinin, dilinin və mədəniyyətinin qlobal səviyyədə təbliğinə böyük töhfə verib. Sonda Sakı Sadıkov ortaq məqsədlər və niyyətlər əsasında gücləndirilən səmərəli əməkdaşlığın bütün Türk dünyası üçün firavan bir gələcək naminə daha da dərinləşəcəyinə inamını ifadə edib.