TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA nümayəndə heyəti Qazaxıstan Prezident Mərkəzini ziyarət edib

TÜRKPA nümayəndə heyəti Qazaxıstan Prezident Mərkəzini ziyarət edib

Tarix
Baxış
3
26 dekabr 2025-ci il tarixində TÜRKPA Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına rəsmi səfər çərçivəsində Qazaxıstan Respublikasının Prezident Mərkəzini ziyarət edib. Səfər zamanı TÜRKPA nümayəndə heyəti Mərkəzin geniş muzeyi ilə tanış olub, burada onlara Qazaxıstanın qədim dövrlərdən başlayaraq orta əsrləri, sovet dövrünü, müstəqillikdən əvvəl və sonrakı illəri, prezident institutunun fəaliyyətini, ölkənin mədəni-tarixi irsini əhatə edən geniş çeşidli eksponatlar nümayiş etdirilib. Ziyarət zamanı Baş katibi onun müavini Talqat Aduov və Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət ediblər.