TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA nümayəndə heyəti “Ozgon-Munara-2021” etno-folklor festivalında iştirak edib

TÜRKPA nümayəndə heyəti “Ozgon-Munara-2021” etno-folklor festivalında iştirak edib

Tarix
Baxış
3
2021-ci ilin 17 sentyabr tarixində Türkiyə Böyük Millət Məclisinin üzvləri Recep Şeker (TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədr müavini), Sabri Öztürk (Türkiyə-Qırğızıstan parlamentlərarası dostluq qrupunun sədri) və baş katib Altınbek Mamayusupovdan ibarət TÜRKPA nümayəndə heyəti Qırğızıstanın Üzgən şəhərində keçirilən beynəlxalq “Ozgon-Munara-2021” etno-folklor festivalında iştirak edib. Qırğız Respublikasının müstəqilliyinin 30-cu ildönümünə həsr edilmiş tədbir “Mədəniyyət minarəsi” layihəsi çərçivəsində baş tutub. Tədbirin proqramına elmi konfrans, şairlər, folklore ansamblları, rəssamlar, sənətkarlar, milli mətbəxlərin peşəkarlarının iştirakı ilə tətbiqi sənət, yerli qida və ərzaq məhsulları sərgiləri, düyü festivalı (Üzgən plovu), müqəddəs hesab olunan yerlərə ekskursiyalar və ziyarətlər, yerli tarix, mədəniyyət və irslə tanışlıq daxil edilmişdir. Festivalda parlamentarilər, hökumət rəsmiləri, Türk əməkdaşlıq təşkilatlarının və müxtəlif qurumların rəhbərləri və nümayəndələri iştirak edib. TÜRKPA nümayəndə heyətinin üzvləri Recep Şeker və Sabri Öztürk akademik B.Murzubraimov adına Üzgən Texnologiya və Təhsil İnstitutunda keçirilən elmi konfransda çıxış edib. Eyni gün axşam Qırğız Respublikasının Prezidenti Sadır Japarov tədbirdə çıxış edib. Həmçinin baş katib Altınbek Mamayusupov axşam proqramında çıxış edib. Tədbir təntənəli qala konsertlə yekunlaşmışdır.