TÜRKPA nümayəndə heyəti Özbəkistana səfər edib
Tarix
Baxış
3
2021-ci ilin 22 iyun tarixində TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü İsmet Uçmanın başçılığı ilə TÜRKPA nümayəndə heyəti Özbəkistan Respublikası Oliy Majlisi Senatı sədrinin birinci müavini Sodik Safoyev və Özbəkistan Respublikası Oliy Majlisinin Qanunvericilik Palatasının vitse-spikeri Alişer Kadırovla görüşlər keçirib.
Parlamentin sədr müavinləri nümayəndə heyətini salamlayaraq, parlament əməkdaşlığının inkişafında TÜRKPA-nın rolunu yüksək qiymətləndirmişdir. Onlar Özbəkistanın regionda siyasi və iqtisadi əməkdaşlığın inkişafı, xüsusən investisiyaların təşviqi, iqtisadi və biznes mühitinin yaxşılaşdırılmasına xüsusi önəm verdiyini qeyd ediblər.
Öz növbəsində, nümayəndə heyəti Özbəkistanın Türk dünyası üçün və regionun davamlı inkişafında əhəmiyyətini vurğulamışdır.
Həmçinin tərəflər Özbəkistanın yaxın gələcəkdə Assambleyaya mümkün qoşulmasını müzakirə etmiş və türkdilli ölkələr arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparmışdır.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026