TÜRKPA nümayəndə heyəti Manqistau vilayəti məslihatının sədri ilə görüşüb
Tarix
Baxış
3
27 noyabr 2025-ci il tarixində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin TÜRKSOY ilə birgə təşkil etdiyi “Aktau – 2025-ci il türk dünyasının mədəniyyət paytaxtı” tədbirinin bağlanış mərasimi çərçivəsində TÜRKPA Komissiyasının katibi Baurjan Datkayevin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanın Manqistau vilayəti məslihatının sədri Janbırbay Matayev ilə görüşüb.
TÜRKPA nümayəndə heyətini salamlayan sədr Janbırbay Matayev, türk dünyasının zəngin mədəni irsini, Aktau şəhərinin mədəni mübadilə və əməkdaşlıq mərkəzi kimi rolunu, eyni zamanda tədbirdə TÜRKPA-nın iştirakının vacibliyini vurğulayıb.
Öz növbəsində, Bauırjan Datkayev səmimi qəbula görə minnətdarlığını bildirib və Assambleyanın fəaliyyəti barədə məlumat verib. Tərəflər cari ilin oktyabr ayında Janbırbay Matayevin Bakıya səfəri zamanı müzakirə edilən gələcək ortaq fəaliyyətlər , o cümlədən 2026-cı ildə Bakı şəhərində keçiriləcək 1-ci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər barədə fikir mübadiləsi aparıblar. Görüş səmimi və konstruktiv mühitdə baş tutub.
İkitərəfli görüşdə, həmçinin Məslihatın Aparat rəhbəri Adilbek Daulbayev, Məslihatın deputatı Abzal Marat, Qazaxıstanın Manqistau vilayətinin Gənclər siyasəti şöbəsinin müdiri Mukaş Oralbay və TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşı Ələsgər Ağayev iştirak ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026