TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA nümayəndə heyəti Azərbaycanın Mədəniyyət Naziri ilə görüşmüşdür

TÜRKPA nümayəndə heyəti Azərbaycanın Mədəniyyət Naziri ilə görüşmüşdür

Tarix
Baxış
2
3 may 2019-cu il tarixində, TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının sədri, Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvü cənab Sadık Şer-Niyaz və baş katib cənab Altınbek Mamayusupovdan ibarət olan TÜRKPA nümayəndə heyəti Mədəniyyətlərarası Dialoq üzrə 5-ci Dünya Forumu çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev ilə görüşmüşdür. Tərəflər TÜRKPA üzv ölkələrində kinematoqrafiyanın inkişafı üzrə təcrübə mübadiləsinin aparılması, yeni kinematoqrafların hazırlanması, o cümlədən, bu sahədə milli qanunvericiliklərin yaxınlaşdırılmasında TÜRKPA-nın rolu haqqında fikir mübadiləsi aparmışdır. Həmçinin tərəflər iclas zamanı beynəlxalq arenada tanınmaq üçün türkdilli ölkələrin kinematoqrafiya istehsalı imkanlarını müzakirə etmişdir.