TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın 23-cü payız sessiyasında iştirak edib

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın 23-cü payız sessiyasında iştirak edib

Tarix
Baxış
3
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti 17–19 noyabr 2025-ci il tarixlərində İstanbulda keçirilən ATƏT Parlament Assambleyasının (ATƏT PA) 23-cü payız sessiyasında iştirak edib. Türkiyə Böyük Millət Məclisinin evsahibliyində keçirilən payız sessiyası “ATƏT-in 50 ili: dialoq və əməkdaşlıq vasitəsilə çoxtərəfli əməkdaşlığın yenilənməsi” mövzusunda parlament konfransı, açılış sessiyası, üç tematik sessiya, Aralıq dənizi Forumunun iclası və daimi komitənin iclasından ibarət olub. Rəsmi proqram çərçivəsində TÜRKPA nümayəndə heyəti tərəfdaş və müşahidəçi qurumlara açıq olan əsas sessiyalarda iştirak edib, dialoq, mediasiya, regional əlaqəlilik, insan ləyaqəti və ATƏT regionunda parlamentlərarası əməkdaşlıq mövzularında müzakirələrdə fəal iştirak edib. Payız sessiyası çərçivəsində Türk dövlətlərinin parlamentləri arasında qarşılıqlı institusional əlaqənin gücləndirilməsi və əməkdaşlığın artırılması məqsədilə TÜRKPA-nın milli nümayəndə heyətlərinin birinci koordinasiya görüşü təşkil edilib. Səfər çərçivəsində Baş katib Ramil Həsən, həmçinin Türkiyə Böyük Millət Məclisinin Sədri Prof. Dr. Numan Kurtulmuş və ATƏT Parlament Assambleyasının Baş katibi cənab Roberto Montella ilə görüşlər keçirib. Aparılan müzakirələr gələcək əməkdaşlığın genişləndirilməsi, çoxtərəfli əlaqələrin gücləndirilməsi və ortaq parlamentar məqsədlərin təşviqi üçün möhkəm zəmin təşkil edib. Rəsmi səfər zamanı Baş katibi onun müavini Muhammet Alper Hayali və komissiya katibi Aynurə Abutalıbova müşayiət edib.