TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA-nın komissiya katibi Bakıda “Çanaqqala döyüşləri” sərgisinin açılış mərasimində iştirak edib

TÜRKPA-nın komissiya katibi Bakıda “Çanaqqala döyüşləri” sərgisinin açılış mərasimində iştirak edib

Tarix
Baxış
4
22 oktyabr 2025-ci il tarixində TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman Bakıda “Cəbhə fotolarında Çanaqqala döyüşləri” sərgisinin və Çanaqqala Səyyar Muzeyinin açılış mərasimində iştirak edib. Bakı Yunus Emrə İnstitutu və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkil etdiyi tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Birol Akgün, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı, habelə dövlət qurumlarının, akademik dairələrin nümayəndələri və tələbələr iştirak ediblər. Açılış mərasimindən sonra Çanaqqala Dəniz Zəfərinin tarixi əhəmiyyətinə və milli azadlıq mübarizəsindəki roluna həsr olunmuş panel müzakirəsi aparılıb. İştirakçılar türk millətinin istiqlaliyyət və gələcək uğrunda qəhrəmancasına apardığı mübarizəsinin Çanaqqala dastanının yaranmasına səbəb olduğunu vurğulayıblar. Paneldə həmçinin Çanaqqala Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın ən parlaq və davamlı simvollarından biri olaraq qeyd olunub. Tədbir Çanaqqala Səyyar Muzeyinin ziyarəti ilə yekunlaşıb.