TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Yerlan Koşanov Baş katib cənab Ramil Həsəni qəbul edib

TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Yerlan Koşanov Baş katib cənab Ramil Həsəni qəbul edib

Tarix
Baxış
3
26 dekabr 2025-ci il tarixində TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Yerlan Koşanov Qazaxıstanın Astana şəhərinə rəsmi səfəri çərçivəsində TÜRKPA Baş katibi səfir Ramil Həsəni qəbul edib. Görüş zamanı Baş katib Ramil Həsən qısa müddət ərzində TÜRKPA tərəfindən həyata keçirilən fəaliyyətlər, o cümlədən TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən görülmüş işlər barədə cənab Koşanova ətraflı məlumat verib. O, fəaliyyətdə olan sədri Türkiyə, Qırğızıstan, Macarıstan, Özbəkistan və Kuzey Kıbrıs Türk Cumhuriyyətinə (KKTC) həyata keçirdiyi rəsmi səfərlər, eləcə də bu səfərlər çərçivəsində parlament sədrləri və xarici işlər nazirləri ilə baş tutan ikitərəfli görüşlər barədə də məlumatlandırıb. Baş katib, həmçinin Cenevrə şəhərində keçirilmiş Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında TÜRKPA-nın fəal iştirakı, onun Asambleyada təşkilatın fəaliyyətinə dair çıxışı, eləcə də PAİ-nin Baş katibi cənab Martin Çunqonqla gələcək əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşü barədə məlumat verib. Bununla yanaşı, İstanbul şəhərində keçirilmiş ATƏT Parlament Assambleyasının 23-cü Payız Sessiyasında TÜRKPA-nın fəal iştirakı, üzv dövlətlərin nümayəndə heyətlərinin koordinasiya iclası, həmin iclas çərçivəsində qəbul edilmiş Yol Xəritəsinin layihəsi, eləcə də gələcəkdə milli nümayəndə heyətlərinin birgə fəaliyyət mexanizmlərinin hazırlanması istiqamətində aparılmış müzakirələr diqqətə çatdırılıb. Baş katib bildirib ki, TÜRKPA Beynəlxalq Katibliyi 2026-cı il üçün İş Planının layihəsini hazırlayıb və müzakirə edilməsi məqsədilə tərəflərə təqdim edib. O, həmçinin TÜRKPA-nın ATƏT Parlament Assambleyasında müşahidəçi statusu əldə etməsi ilə bağlı fəaliyyətdə olan sədr adından rəsmi müraciətin göndərilməsinin məqsədəuyğun olacağını vurğulayaraq bu məsələ ilə bağlı müvafiq tapşırıqların gözlənildiyini qeyd edib. Görüş zamanı, 2026-cı ildə TÜRKPA tərəfindən “Avrasiyada yeni əməkdaşlıq: Strateji əlaqələrin inkişafında TÜRKPA-nın rolu – Parlament diplomatiyası” mövzusunda beynəlxalq konfransın keçirilməsinin faydalı olacağı da cənab Koşanovun diqqətinə çatdırılıb. Bununla yanaşı, Baş katib üzv parlamentlərin Xarici əlaqələr, Müdafiə və təhlükəsizlik, eləcə də Səhiyyə komitələrinin iclaslarının Qazaxıstanın sədrliyi dövründə TÜRKPA çərçivəsində ilin birinci yarısında keçirilməsi məsələsinə toxunub və bu təklif fəaliyyətdə olan sədr tərəfindən dəstəklənib. Baş katib, həmçinin gələn il üçün nəzərdə tutulan daimi komissiyaların iclasları, eləcə də Macarıstan və Özbəkistana həyata keçirilmiş son rəsmi səfərlər və həmin səfərlər çərçivəsində Özbəkistanın TÜRKPA-ya tamhüquqlu üzv olması ilə bağlı məsələlərin geniş müzakirə edildiyi barədə də məlumat təqdim edib. Öz növbəsində, cənab Yerlan Koşanov qısa müddət ərzində bu qədər səmərəli və faydalı işlərin görülməsindən məmnunluğunu ifadə edərək Baş katib Ramil Həsənə və onun işçi heyətinə dərin təşəkkürünü bildirib. O, növbəti ilin birinci yarısında Azərbaycana rəsmi səfərinin gözlənildiyini və bu səfər çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyini ziyarət etməkdən məmnunluq duyacağını ifadə edib. Görüşdə qaldırılan məsələlərə dəstəyini vurğulayan cənab Koşanov, Qazaxıstanın bundan sonra da TÜRKPA-ya və onun fəaliyyətinə tam dəstək göstərəcəyini bildirib. Həmçinin TÜRKPA-nın gələcək fəaliyyətinə dair bir sıra təşkilati məsələlər də müxtəlif aspektlərdən müzakirə edilib. Görüşdə Qazaxıstan Respublikası Xarici İşlər Nazirinin müavini cənab Alibek Bakayev və Qazaxıstan Respublikası Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspan iştirak edib. Baş katibi onun müavini Talqat Aduov və TÜRKPA-nın Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət edib.