TÜRKPA-nın fəaliyyətdə olan sədri Baş katibi qəbul edib
Tarix
Baxış
3
2022-ci il 3 iyun tarixində TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov TÜRKPA-nın Referendum Müşahidə Missiyası çərçivəsində Nur-Sultan şəhərində səfərdə olan Baş katib Mehmet Süreyya Eri qəbul edib.
Parlament sədri Qazaxıstanın öz müstəqillik tarixində yeni mərhələyə daxil olduğunu qeyd edib. O, Qazaxıstanda Konstitusiyaya dəyişikliklərə dair referendumun keçirilməsini zamanın və cəmiyyətin tələbi ilə şərtlənən tarixi qərar kimi qeyd etmişdir.
Regionda Qazaxıstanın əhəmiyyətinə və roluna toxunan Baş katib referendumun ölkənin gələcək inkişafında önəmli mərhələ təşkil edəcəyinə əminliyini ifadə etmiş və referendumun keçirilməsində uğurlar arzu etmişdir.
Tərəflər Assambleyanın cari və gələcək fəaliyyətlərinə dair fikir mübadiləsi aparmış və 2022-ci il 23-24 iyun tarixlərində Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçiriləcək, 2023-2028-ci illər üçün TÜRKPA-nın Strateji Yol Xəritəsinin də qəbul edilməsi gözlənilən 11-ci plenar iclasa hazırlıqları müzakirə etmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026