TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA-nın fәaliyyәtdә olan sәdri Katibliyi ziyarәt etmişdir

TÜRKPA-nın fәaliyyәtdә olan sәdri Katibliyi ziyarәt etmişdir

Tarix
Baxış
3
6 mart, 2019-cu il tarixində Türkiyə Böyük Millət Məclisinin yeni seçilmiş spikeri və TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədov TÜRKPA Katibliyini ziyarət etmişdir. Parlament sədrləri TÜRKPA baş katibi Altınbek Mamayusupov və TÜRKPA baş katibinin müavinləri Fuad Ələkbərov, Naurız Aydarov və Ali Yıldız tərəfindən qarşılanmışdır. Görüş zamanı baş katib iştirakçılara 2019-cu ildə Türkiyənin fəaliyyətdə olan sədrliyi dövründə həyata keçiriləcək cari və gələcək fəaliyyətlər haqqında məlumat vermişdir. Cənab Şentop türkdili ölkələr arasında qarşılıqlı faydalı parlament əməkdaşlığı və dialoqunun inkişafında Assambleyanın fəaliyyətlərini yüksək qiymətləndirmişdir. TBMM spikerini türk millət vəkillərindən ibarət nümayəndə heyəti müşayiət etmişdir.