TÜRKPA-nın Baş katibi səfir Ramil Həsən Türk İnvestisiya Fondunun prezidenti ilə görüşüb
Tarix
Baxış
3
27 oktyabr 2025-ci il tarixində İstanbul şəhərində TÜRKPA-nın Baş katibi səfir Ramil Həsən Türk İnvestisiya Fondunun (TİF) prezidenti Bağdad Amreyev ilə görüşüb.
Fondun prezidenti Bağdad Amreyev Baş katib Ramil Həsənə səmimi təbriklərini çatdırıb və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Baş katib TÜRKPA nümayəndə heyətinin Fondun mənzil-qərargahında səmimi qəbuluna görə Bağdad Amreyevə minnətdarlığını bildirib.
Görüşdə Bağdad Amreyev TÜRKPA nümayəndə heyətinə TİF-in missiyası və məqsədləri barədə məlumat verib. O, Fondun türk dövlətləri arasında iqtisadi əməkdaşlığın və investisiya əlaqələrinin gücləndirilməsində rolunu vurğulayaraq, onun ortaq layihələrin dəstəklənməsinə sadiqliyini qeyd edib.
Baş Katib Ramil Həsən, öz növbəsində, iqtisadi və qanunvericilik təşəbbüslərinin uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə TÜRKPA ilə TİF arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər iki təşkilat arasında sıx əlaqələri saxlamaq və konkret əməkdaşlıq mexanizmlərini araşdırmaq barədə razılıq əldə ediblər.
Baş katibi onun müavinləri Talqat Aduov və Muhammet Alper Hayali müşayiət ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026